Braziliyalı müğənni Mariliya Mendosa göyərtəsində olduğu yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
AzerTimes-ın məlumatına görə, bu barədə qəzanın baş verdiyi Minas-Jeyras ştatının yanğınsöndürmə xidmətindən bildiriblər.
Məlumatda deyilir: “Minas-Jerais Hərbi Yanğından Mühafizə Xidməti bildirir ki, yüngülmühərrikli “Beech Aircraft” təyyarəsi cümə günü Pyedadi-di-Karatinqa (bələdiyəsinin – red.) kəndi ərazisində qəzaya uğrayıb. Yanğından Mühafizə Xidməti təsdiq edir ki, təyyarənin göyərtəsində olan müğənni Mariliya Mendosa həlak olub”.
“G1” portalının məlumatına əsasən, qəza nəticəsində həmçinin 26 yaşlı müğənnin prodüsseri, onun dayısı və iki pilot da həlak olub. M.Mendosa Minas-Jeyras ştatına konsert verməyə yollanırmış.
Qəzanın səbəbi araşdırılır.