Braziliyanın Parana ştatında torpaq sürüşməsi nəticəsində 30 nəfər itkin düşüb.
AzerTimes xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
Qeyd olunub ki, sürüşmə nəticəsində magistral yolda olan avtomobillər torpağın altında qalıb.
İndiyədək iki nəfərin meyiti aşkar edilib.