Braziliya Ali Federal Məhkəməsinin qərarı ilə ölkə ərazisində “Telegram” tətbiqi bloklanacaq.
AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin “Qlobu” media holdinqi
bildirib.
Məlumata əsasən, bu tədbir Telegram-ın yalan məlumat yayan
istifadəçilərin bloklanması ilə bağlı məhkəmə qərarına cavab
verməməsindən sonra qəbul edilib.
Qeyd olunub ki, qərar icra mərhələsindədir, internet
provayderlərə Braziliyada tətbiqi bloklamaq üçün tədbirlər görməyə
tapşırılıb.