Braziliyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb

Braziliyada ötən sutka ərzində koronavirusa rekord sayda – 115 228 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 169 881 nəfərə çatıb.


Bildirilir ki, son sutka koronavirusdan 2 392 nəfər ölüb, ölənlərin ümumi sayı 507 109 nəfər təşkil edir.