Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 79 719 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 122 795 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 472 nəfər ölüb, ölənlərin ümumi sayı 381 475 nəfər təşkil edir.