Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 69 609 nəfər yoluxub.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 938 836 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 555 nəfər ölüb, ölənlərin ümumi sayı 264 325 nəfər təşkil edir.