Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 62 715 nəfər yoluxub.
AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 257 875 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 386 nəfər ölüb, ölənlərin ümumi sayı 248 529 nəfər təşkil edir.