Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 76 178 nəfər yoluxub.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11 439 558 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində koronavirusdan 1 997 nəfər ölüb, ölənlərin ümumi sayı 277 102 nəfər təşkil edir.