Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 34 126 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 376 574 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 948 nəfər ölüb, ölənlərin ümumi sayı 542 214 nəfər təşkil edir.