Braziliyanın San-Paulu ştatında koronavirusun yeni ştammı aşkarlanıb.
AzerTimes-ın məlumatına görə, bunu yerli Butantan İnstitutunun direktoru Dimas Kovas deyib.
D.Kovas bildirib: “Sorokaba şəhərində Cənubi Afrikada aşkarlanan ştamma bənzəyən yeni ştamm aşkarlanıb. Lakin yoluxan şəxs CAR-da və orada olanlarla təmasda olmayıb. Beləliklə, bunun bizim P.1 ştammımızın mutasiyası olması ehtimalı var”.