Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 34 339 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 342 448 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 868 nəfər ölüb, ölənlərin ümumi sayı 541 266 nəfər təşkil edir.