Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 53 725 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 962 762 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 639 nəfər ölüb, ölənlərin ümumi sayı 530 179 nəfər təşkil edir.