Braziliyada koronavirusdan ölənlərin sayı 524 min nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 27 783 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 769 808 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 830 nəfər ölüb, ölənlərin ümumi sayı 524 417 nəfər təşkil edir.