Braziliyada koronavirusdan ölənlərin sayı 515 min nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 64 903 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 513 305 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 893 nəfər ölüb, ölənlərin ümumi sayı 515 985 nəfər təşkil edir.