Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 77 359 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 856 888 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 966 nəfər ölüb, ölənlərin ümumi sayı 411 588 nəfər təşkil edir.