Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 69 389 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 590 678 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 001 nəfər ölüb, ölənlərin ümumi sayı 401 186 nəfər təşkil edir.