Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 57 472 nəfər yoluxub.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 139 148 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 212 nəfər ölüb, ölənlərin ümumi sayı 245 977 nəfər təşkil edir.