Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 43 033 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 151 779 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 990 nəfər ölüb, ölənlərin ümumi sayı 562 752 nəfər təşkil edir.