Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 64 134 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 386 894 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 593 nəfər ölüb, ölənlərin ümumi sayı 512 735 nəfər təşkil edir.