Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 34 885 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 212 642 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 211 nəfər ölüb, ölənlərin ümumi sayı 564 773 nəfər təşkil edir.