Braziliyada koronavirusa yoluxanların sayı 9,5 milyon nəfəri ötüb

Braziliyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9,5 milyon nəfəri ötüb.

AzerTimes-ın məlumatına görə, ötən sutka Braziliyada koronavirusa 26 845 yoluxma halı qeydə alınıb, 522 nəfər koronavirusdan ölüb.

Məlumata əsasən, koronavirusa yoluxanların sayı 9 524 640 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 231 534 nəfəri vəfat edib, 8,4 milyon nəfəri isə sağalıb.