Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 54 096 nəfər yoluxub.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 283 418 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 210 nəfər ölüb, ölənlərin ümumi sayı 226 309 nəfər təşkil edir.