Braziliyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9 milyon nəfəri ötüb.
AzerTimes-ın ölkənin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində koronavirusa 61 811 yoluxma halı qeydə alınıb, 1 386 nəfər koronavirusdan vəfat edib.
Məlumata əsasən, koronavirusa yoluxanların sayı 9 058 687 nəfərə, koronavirusdan ölənlərin sayı isə 221 547 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək 7 923 794 nəfər koronavirusdan sağalıb, 913 346 nəfər həkimlərin nəzarəti altında qalır.