Braziliyada koronavirusa yoluxanların sayı 8,87 milyon nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 26 816 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 871 393 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 627 nəfər ölüb, ölənlərin ümumi sayı 217 664 nəfər təşkil edir.