Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 40 716 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 026 533 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 175 nəfər ölüb, ölənlərin ümumi sayı 559 607 nəfər təşkil edir.