Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 28 645 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 13 013 601 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 319 nəfər ölüb, ölənlərin ümumi sayı 332 752 nəfər təşkil edir.