Braziliya Ali Məhkəməsinin binası yaxınlığında 20 saniyə aralıqla güclü partlayışlar baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
Bildirilib ki, partlayış Fransisko Vanderli Luis adlı şəxs tərəfindən həyata keçirilib. O, əvvəlcə dayanacaqda avtomobilini partladıb, daha sonra məhkəməyə tərəf partlayıcı atıb və girişdə öz üzərindəki partlayıcı qurğunu işə salıb.
Məlumata görə, Luis özünü partlatmazdan əvvəl məhkəmə binasına girməyə cəhd edib.
Qeyd edək ki, partlayışı törədən şəxsin 2020-ci ildə bələdiyyə seçkisində Liberal Partiyasının namizədi kimi iştirak etdiyi, lakin uğursuzluğa düçar olduğu vurğulanıb.