Braziliyanın şərqindəki Resife şəhərində kilsənin damının uçması nəticəsində azı iki nəfər ölüb, onlarla adam yaralanıb.
AzerTimes xəbər verir ki, məlumatı “G1″portalı yayıb.
Bildirilib ki, qəza zamanı binada 60-70 nəfər olub.
Ölkə prezidenti Lula da Silva hadisəni faciə adlandırıb və həlak olanların yaxınlarına başsağlığı verib.