Braziliyada güclü zəlzələ olub

Braziliyada 5,9 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tarauaka şəhərindən 166 kilometr cənub-qərbdə, ocağı isə 589 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.