Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında güclü yağışlar
nəticəsində ölənlərin sayı 56-ya çatıb.
Trend “TASS”a
istinadla xəbər verir ki, bu barədə yerli “Globo” telekanalı xəbər
verir.
Məlumata görə, daha 56 nəfər itkin düşüb
Qeyd edək ki, daha əvvəl 44 nəfərin öldüyü, 25 sakinin
yaralandığı, 4 mindən çox insanın evsiz qaldığı bildirilirdi.
Federal hökumətin səylərini əlaqələndirmək üçün bir sıra
nazirliklərin rəhbərləri bölgəyə gəliblər. Prezident Jair
Bolsonaronun bazar ertəsi bölgəyə səfəri gözlənilir.