Braziliyada fövqəladə vəziyyət elan olundu

Braziliyada fövqəladə vəziyyət elan olundu

Dünyaca məşhur karnavalın başlamasına bir neçə gün qalmış Rio-de-Janeyroda denq qızdırması epidemiyasına görə fövqəladə vəziyyət elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paesin imzaladığı sərəncamda bildirib.

“Şəhərdə qızdırma ilə mübarizə planı tətbiq edilib. O cümlədən xəstəliyin yayılması ilə mübarizə üçün operativ mərkəz yaradılıb. Denq xəstəliyinə yoluxmaqda şübhəli bilinən insanlar üçün 10 təcili qəbul mərkəzi açılacaq. Bələdiyyə xəstəxanaları şəbəkəsi xəstəliyə tutulmuş xəstələr üçün kvota ayıracaq”, – sərəncamda bildirilib.

Qeyd edək ki, denq qızdırması təhlükəli tropik xəstəlikdir.

Teqlər: