Braziliyada etirazlarda 46 nəfər yaralandı

Braziliyada etirazlarda 46 nəfər yaralandı

Braziliyada başlayan etirazlar zamanı təxminən 46 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərdən altısının vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən gün seçki nəticələrinə etiraz edən Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları paytaxt Braziliyada Konqres binasını ələ keçirmişdilər. Qarşıdurmalar səbəbindən Braziliya Prezidenti Luiz İnasio Lula da Silva paytaxtdan uzaq əraziyə təxliyə edilib.

Teqlər: