Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb

Braziliyanın Petropolis bələdiyyəsində (Rio de Janeyro ştatı)
güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq
sürüşmələri 136 nəfərin ölümünə səbəb olub.

AzerTimes-ın məlumatına görə, bu barədə xilasetmə xidmətlərinə
istinadən “Globo” telekanalı xəbər verib.

Hazırkı dövrədək xilasedicilər dağıntılar altından sağ qalan 24
nəfəri çıxara bilib, polisə 216 nəfərin itkin düşməsi barədə
məlumat daxil olub, lakin hüquq-mühafizə orqanları onların xilas
edilənlər və həlak olanlar arasında olub-olmadığını hələ
bilmirlər.

Bildirilir ki, axtarış işlərində 500 xilasedici, 200 polis
əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir.