Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində günlərdir davam edən güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 143-ə yüksəlib.
AzerTimes xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir.
Mülki Müdafiə Agentliyinin son hesabatına əsasən, təbii fəlakətdən 1,4 milyondan çox insan zərər çəkib, 125 nəfər itkin düşüb. Eyni zamanda hökumət böhranla mübarizə üçün 12,1 milyard real (2,34 milyard ABŞ dolları) ayırıb.
Rio Qrande-do-Sul ştatının qubernatoru Eduardo Leyte baş verən fəlakəti bölgə tarixindəki ən dəhşətli faciə adlandırıb. Belə ki, ştatın 10,9 milyon əhalisindən 537 mini evlərini tərk etməyə məcbur qalıb.