Braziliya yeni koronavirus növünə yoluxma hallarına görə Hindistanı qabaqlayıb və bu göstəriciyə görə dünyada yenidən ABŞ-dan sonra ikinci yeri tutub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata əsasən, ötən sutka ərzində ölkədə 85 663 yeni yoluxma faktı aşkar edilib, yoluxanların ümumi sayı 11 363 380-ə yüksəlib.
Ölkədə 24 saat ərzində koronavirus səbəbindən ölənlərin sayı 2216 artaraq 275 105-ə çatıb.
10 milyondan çox xəstə sağalıb, aktiv xəstə sayı 1 milyondan çox təşkil edib.