Braziliya Ukraynaya sursat verməkdən imtina etdi

Braziliya Ukraynaya sursat verməkdən imtina etdi

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Almaniyanın Ukraynaya təhvil verəcəyinə söz verdiyi “Leopard” tankları üçün döyüş sursatı satmaq tələbini rədd edib.

AzerTimes xəbər verir ki, bu barədə “Folha de S.Paulo” nəşri yazıb.

Qeyd olunub ki, sursatın Almaniyaya təhvil verilməsi məsələsi prezidentin ordu komandanı və Braziliyanın müdafiə naziri ilə görüşündə müzakirə olunub. İclasla tanış olan rəsmilərin sözlərinə görə, Almaniya sursat üçün 25 milyon real ödəyəcəyini vəd edib. Lakin Braziliya bundan imtina edib.

Teqlər: