Braziliya səlahiyyətliləri yeni növ koronavirus infeksiyasına qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin alınması üçün 128 milyon dollardan çox vəsait ayırıb.
Trend TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd hökumətin rəsmi nəşrində dərc olunub.
Peyvənd üçün təxmini çatdırılma müddəti dəqiqləşdirilməyib. Satınalmanın tender olmadan həyata keçiriləcəyi bildirilir.