BRİKS-i gücləndirməliyik.
AzerTimes xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.
“Bizim əsas rolumuz Mercosur (Cənub Ortaq Bazarı – red.) çərçivəsində Cənubi Amerika inteqrasiyasının bərpası ilə Unasurun (Beynəlxalq Cənubi Amerika Birliyi – red.) dirçəldilməsidir. Bu əsasda biz ABŞ, AB, Çin, Şərq ölkələri və digər dünya oyunçuları ilə fəal dialoq qura, BRİKS-i gücləndirə, Afrika ölkələri ilə əməkdaşlığı inkişaf etdirə biləcəyik”, – Silva vurğulayıb.
Qeyd edək ki, BRİKS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Braziliya, Rusiya, Hindistan, Çin və CAR qrupun üzvləridir.