Braziliya prezidenti Putinlə bağlı sözünü geri götürdü

Braziliya prezidenti Putinlə bağlı sözünü geri götürdü

Rusiya Prezidenti Vladimir Putinin həbsi məsələsini məhkəmə həll edəcək.

AzerTimes xəbər verir ki, bunu Braziliya Prezidenti İnasio Lula da Silva deyib.

“Mən bilmirəm Braziliya məhkəmə sistemi onu həbs edəcək, ya yox. Bunu məhkəmələr həll edir, hökumət və parlament deyil”, – prezident bildirib.

Qeyd edək ki, dünən İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildə Rio-de-Janeyroda keçiriləcək G20 sammitində həbs olunmaqdan qorxmadan iştirak edə biləcəyini demişdi.

Teqlər: