Braziliya prezidenti “Petrobras” neft-qaz şirkətinin rəhbərini dəyişməyə qərar verib

Braziliyanın “Petrobras” neft-qaz şirkətinin prezidenti Joakim
Silva i Luna yaxın vaxtlarda vəzifəsini tərk edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Veja” jurnalı xəbər verib.

Məlumata əsasən, müvafiq qərarı dövlət başçısı Jair Bolsonaro
verib.

Səhmlərin nəzarət payının əksəriyyəti hökumətə məxsus olan
şirkətin keçmiş rəhbərini Braziliya İnfrastruktur Mərkəzinin
hazırkı rəhbəri, iqtisadçı Adrianu Piresin əvəz edəcəyi
gözlənilir.

Teqlər: