Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva İsraildən üzr istəməyəcək.
AzerTimes xəbər verir ki, bunu Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim bildirib.
“Biz həmişə bir-birimizə böyük hörmətlə yanaşmışıq və iki dövlət yaratmaq ideyasını müdafiə etmişik, amma üzr istəmək üçün heç nə yoxdur”, – o söyləyib.
Qeyd edək ki, Braziliya Prezidenti İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.