Cənubi Amerika Futbol Konfederasiyasının rəhbəri Alexandro Dominqes Braziliya Futbol Konfederasiyasının emblemindəki üç ulduzun üçqat dünya çempionu Pelenin şərəfinə üç ürəklə əvəzlənməsini təklif edib.
AzerTimes xəbər verir ki, Dohada keçirilən Dünya Çempionatında xəstəxanada olan Peleyə dəstək tədbiri keçirilib.
“Biz bütün gücü və dəstəyi Pele və ailəsinə yönləndirmək istəyirik. O, mümkün qədər tez sağalsın. Pele dahi idi və 10 rəqəmi onunla əlaqələndirilir. Sonra başqa “onluqlar” meydana çıxdı və müqayisələr başladı. Amma Pele həmişə unikal olacaq. O, həmişə futbolu sevən insanların qəlbində olacaq. Pele bu Dünya Kubokunda buradadır. Biz təklif etmək istəyirik ki, loqodakı üç ulduzu üç ürəklə əvəz etsinlər. Krala hörmət əlaməti olaraq”, – Dominqes bildirib.