Vaşinqtona səfər etməyi və Co Baydenlə görüşməyi planlaşdıran Braziliya prezidenti ABŞ-ın tələbi ilə İranın iki hərbi gəmisinin Rio-de-Janeyro limanına yan almaq istəyini rədd edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.
“Braziliya Prezidenti Lula Da Silva ABŞ-ın İrana qarşı sanksiyalarının əleyhinə olsa da, Amerikaya səfəri ərəfəsində İranın tələbini rədd etmək qərarına gəlib”, – məlumatda deyilib.