Braziliyada ölkəyə gələn və yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan əcnəbilərdən beş gün karantində qalmalarını tələb olunacaq.
Trend xəbər verir ki, bunu səhiyyə naziri Marselu Keyroqa bildirib.
O bildirib ki, koronavirusun yeni omikron ştammının ölkə səhiyyə sistəminə mümkün təsirləri tam ciddiyətiylə araşdırılmayıb.
“Ölkəyə daxil olan və koronavirusa qarşı vaksinasiyadan keçməyənlərdən 5 gün müddətində karantində qalmalarını tələb edəcəyik. Bundan sonra onlar test verə biləcək və onun cavabı mənfi olduqda ölkəmizə gələn əcnəbi turistlər Braziliyanın gözəlliklərinən zövq almaq imkanı qazanacaq”, – deyə nazir vurğulayıb.