Braziliya baş məşqçisi Neymarla bağlı qərarını verib

Braziliya baş məşqçisi Neymarla bağlı qərarını verib

Braziliya yığmasının baş məşqçisi Tite Neymarın 1/8 final mərhələsində Cənubi Koreya ilə qarşılaşmada iştirak edə biləcəyini deyib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Bildirilib ki, dekabrın 3-də hücumçu zədədən sonra ilk dəfə məşqərə qatılıb. Neymar komandanın qapalı məşqində də yer alıb.

Qeyd edək ki, Braziliya ilə Cənubi Koreya arasında keçiriləcək 1/8 final mərhələsinin oyunu dekabrın 5-də baş tutacaq.

Teqlər: