Braziliya ayda təxminən 8 milyon doza “Sputnik V” peyvəndi istehsal etmək niyyətindədir

Bakı Trend:

Braziliya ayda Latın Amerikasına ixrac edilə biləcək təxminən 8 milyon doza koronavirusa qarşı “Sputnik V” peyvəndi istehsal etmək niyyətindədir.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Braziliyanın Rusiya Federasiyasındakı səfiri Tovar da Silva Nunes bildirib.

Səfir deyib: “Bildiyiniz kimi, artıq Braziliyada “Sputnik V” peyvəndinin istehsalına başlamışıq. Peyvəndin yalnız Braziliyada icazə verilən həcmdə istifadəsindən başqa, digər ölkələrə, məsələn Latın Amerikası dövlətlərinə tədarükünü təmin etmək mümkün olacaq. Hesab edirəm ki, istehsal iyun və iyul aylarında irəlilədikcə, [əczaçılıq şirkəti] “Uniao Kimika”dan oyrəndiyimə görə, ayda ən azı 8 milyon doza [peyvənd] əldə ediləcək”.

Teqlər: