Braziliya-Argentina oyunu 10-cu dəqiqədə dayandırılıb

Avqustun 5-də Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Braziliya seçməsinin qonağı olub.

AzerTimes-ın məlumatına görə, San-Pauloda keçirilən oyun 10-cu dəqiqədə dayandırılıb. Belə ki, Braziliya tərəfi Argentina yığmasının 4 oyunçusunun (Emiliano Martines, Emiliano Buendia, Covanni Lo Çelso və Kristian Romero) karantindən keçmədiyinə görə meyadan polis çağırıb.

Bununla əlaqədar Argentina millisinin oyunçuları meydanı tərk etmək qərarına gəliblər.


Oyunun keçiriləcəyi yeni vaxt Beynəlxalq Futbol Federasiyası ilə məsləhətləşmələrdən sonra müəyyən ediləcək.

Teqlər: