Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib

Braziliyada ardıcıl ikinci gündür ki, sutka ərzində rekord sayda yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, son 24 saat ərzində 204 854 yeni yoluxma hadisəsi aşkarlanıb.


Bu, yanvarın əvvəlindən bəri üçüncü gündür ki, ölkədə COVID-19-a yoluxanların sayının gündəlik artımı 100 mini keçib.

Rəsmi məlumatlara görə, son sutka ərzində ölkədə koronavirusdan 338 ölüm halı qeydə alınıb.