Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandri de Moraes
Telegram-ın ölkədə bloklanması qərarını ləğv edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə “G1” portalı xəbər verib.
Məlumata əsasən, buna səbəb messencerin məhkəmə tələblərini
yerinə yetirilməsi olub.
“17.03.2022 və 19.03.2022-ci il tarixlərində qəbul edilmiş
qərarlara tam uyğunluğu nəzərə alaraq, Telegram-ın Braziliyada
tamamilə dayandırılması qərarını ləğv edirəm,” – deyə məhkəmənin
qərarında qeyd olunub.