Brauzerin yaddaşında şifrə saxlamaq təhlükəlidir? (FOTO)

İnternetə giriş üçün tez-tez istifadə etdiyimiz “Google Chrome”
brauzeri ilə sosial media, onlayn oyunlar və onlayn alış-veriş kimi
üzvlük tələb edən bir çox sayta istifadəçi adı və şifrə ilə daxil
oluruq.

“Google Chrome”-da ilk dəfə bu hesablara daxil olanda “şifrəni
yadda saxla” bildirişi ilə qarşılaşırıq. Bu bildirişi təsdiq
etdikdə, sonradan hesabımıza daxil olmaq istədikdə şifrə brauzerdə
saxlandığı üçün istifadəçi adı və ya şifrə yenidən daxil etmədən
giriş hesabımıza daxil oluruq. Ona görə də təbii olaraq bu
vəziyyətə öyrəşdiyimiz üçün şifrəmizi unuda bilərik. Belə hallarda
şifrə qapalı (****) göründüyü üçün “şifrə sıfırlama” addımları ilə
onu yeniləməli oluruq.

Bu “şifrə sıfırlama” prosesləri əvəzinə siz indi sadə bir
əməliyyatla bütün şifrələrinizə baxa biləcəksiniz, “Google
Chrome”-da göstərəcəyimiz menyudan “brauzer”inizdə necə şifrə
saxladığınızı şəkillərdə göstərilən addımlara əməl etsəniz,
nəticəyə tez çata biləcəksiniz.

1) Əvvəlcə “brauzer”in yuxarı sağ küncündəki 3 nöqtə işarəsini
sıxırıq.

2) Açılan səhifədə “Ayarlar” bölməsinə daxil
oluruq.

3) Daha sonra sol menyuda “Avtomatik doldurma” başlığı altında
“Şifrələr” menyusuna klikləyirik.

4) Açılan səhifədə hesabınızın şifrəsini hansı saytda öyrənmək
və yaxud görmək istəyirsinizsə, həmin saytın adının qarşısındakı
göz işarəsinə klikləsəniz, həmin hesabın şifrəsinə baxa
bilərsiniz.

Təhlükəli tərəfi nələrdir?

Brauzerdə saxlanılan şifrələrin mənfi və müsbət cəhətləri var.
Müsbət tərəfi haqqında yuxarıda izah etdik. Mənfi tərəfi ondan
ibarətdir ki, kompüteriniz itdiyi və yaxud kənar bir şəxs
tərəfindən istifadə edilən zaman sizin sosial media, onlayn
alış-veriş edərkən istifadə etdiyiniz şifrələr oğurlana bilər.

Belə bir halın baş verməməsi üçün məsləhət görülür ki,
şifrələrinizi brauzerin yaddaşında saxlamayın!

Teqlər: